Mikayıl Müşfiqin lirikası
Pərixanım Soltanqızı (Hüseynova)DOI: https://doi.org/10.48445/m8454-7033-1492-s
ORCID ID: https://orcid.org/0000-0001-9391-6162
Tarix: 21 İyul 2026
XÜLASƏ
Məqalədə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi
Mikayıl Müşfiqin yaradıcılığı tədqiq edilir və onun ədəbiyyatın inkişafındakı
rolu ön plana çəkilir. Şairin ədəbi fəaliyyətə başladığı dövrdə (1930–1935) nəşr
olunan şeirlərində insan obrazı, onun yaradıcı təbiəti və mübarizə ruhu tərənnüm
olunur. Bu nümunələrdə şairin yeni poetik forma və ifadə vasitələrindən istifadə
etdiyi, eyni zamanda ədəbi ənənələrdən bəhrələndiyi vurğulanır. “Rənanın ölümü”
və “Əfşan” şeirlərində köhnə ilə yeniliyin mübarizəsi, Rənanın və Əfşanın
simasında yeni ideya tərəfdarlarının qolçomaq qalıqlarına qarşı mətanətlə
mübarizə aparması və nəticədə qalib gəlməsi əks etdirilir. Məqalədə dövrün əsas
ideyalarından biri olan xalqlar dostluğu mövzusunun Mikayıl Müşfiq
yaradıcılığında tutduğu yer elmi təhlilə cəlb edilir. Tədqiqatda şairin “Ana”
şeiri, lirik peyzaj yaratdığı bir sıra poetik nümunələr, eləcə də sevgi
mövzusunda qələmə aldığı şeirlər araşdırılaraq şərh olunur. Məqalədə elmi
polemika aparılır, təhlillər isə şairin şeirlərindən seçilmiş nümunələr əsasında
sistemli şəkildə təqdim olunur.
AÇAR SÖZLƏR
ədəbiyyat, poeziya, məhəbbət, insan obrazı










































