İbtidai siniflərdə nisbətən çətin hesab olunan sözlərin semantik təhlili
Könül MəmmədovaDOI: https://doi.org/10.48445/c0182-2117-0936-o
ORCID ID: https://orcid.org/0000-0001-8664-4912
Tarix: 21 İyul 2026
XÜLASƏ
Məqalədə ibtidai
sinif şagirdlərinə tanış olmayan, nisbətən çətin hesab edilən sözlərin semantik
izahından bəhs olunur. Bildiyimiz kimi, öz məzmununda işlənmiş söz ən müdrik məna
daşıyıcısıdır. Azərbaycan dili təlimində sözün məna xüsusiyyətləri
üzərində aparılan işlər daim diqqət mərkəzində olmuşdur. Xüsusilə ibtidai
siniflərdə tədris edilən Azərbaycan dili fənni şagirdlərin ana dilinin hər bir
kəlməsinə qarşı həssaslıqla, hörmətlə və sevgi ilə yanaşmasına zəmin yaradır.
Bu proses nəticəsində kiçikyaşlı məktəblilər ana dilini daha dərindən
mənimsəyir, onun incəliklərini dərk edir və öyrənirlər. İbtidai sinif
şagirdləri üçün çətin sözlər qrupuna terminlər, elmi anlayışlar, neologizmlər,
kalkalar, dialektizmlər, poetizmlər, alınma sözlər, işlək olmayan və ya az
işlək olan sözlər, yazılışı tələffüzündən fərqlənən sözlər, frazeoloji
ifadələr, arxaizmlər, mənası tanış olmayan yeni sözlər, omonimlər, omoqraflar,
paronimlər, omoformlar, antroponimlər və
digər leksik vahidlər daxildir. Qeyd olunan
sözlər şagirdlər tərəfindən tam mənimsənilmədikdə onların hər biri “çətin söz”
kimi dəyərləndirilir və nəticədə nitq mədəniyyətinin formalaşmasına maneə
yaradan amillərdən birinə çevrilirlər.
AÇAR SÖZLƏR
sözün məna xüsusiyyətləri,
çətin sözlər, lüğət fondu










































