Azərbaycan klassik ədəbiyyatında dini məsələlərin tədrisinə dair
Ramiz QasımovDOI: https://doi.org/10.48445/m1518-6246-9113-g
ORCID ID: https://orcid.org/00000001-9905-4348
Tarix: 21 İyul 2026
XÜLASƏ
Məqalədə
Azərbaycan klassik ədəbiyyatı nümunələrində yer alan dini ifadələrə istinadən yazılmış
beytlərin orijinal üslubda öyrənilməsi və tədrisi problemləri təhlil
edilmişdir. Azərbaycanın müstəqillik dövründə dini dəyərlərlə milli ədəbiyyatın
bir arada öyrənilməsi və tədrisi zərurəti tədqiqat işinin aktuallığını müəyyənləşdirir.
Məqalə, həm də islam sivilizasiyasına mənsub olan bir xalqın və onun ədəbiyyatının
milli, bəşəri dəyərlər üzərində təhlili ehtiyacından yazılmışdır. Tədqiqat
zamanı induktiv, deduktiv, təsviri, statistik, analiz, sintez kimi metod və
üsullarından istifadə edilmişdir. Məqalədə klassik ədəbiyyatda, habelə X.Şirvani,
N. Gəncəvi, İ. Nəsimi, M. Füzuli kimi böyük sənətkarların yaradıcılığında rast
gəlinən dini motivli ifadələr, Quran ayələrinə istinadən yazılmış beyt və
misralar müstəqillik dövrünün tələblərinə uyğun olaraq yenidən təhlil
edilmişdir. Tədqiqat işində Xaqaninin “Qəsideyi şiniyyə” əsərinin Quranın “Nun
vəl qələm” surəsinə, N. Gəncəvinin minacatlarından biri sırf Quranın “İxlas”
surəsinə tam uyğun şəkildə yazıldığı qeyd olunmuşdur. Nəsiminin əsərlərindəki
“mazağəl bəsər” və bu kimi konkret örnəklər Qurandan gətirilən istinadlar
olaraq özünəməxsus mahiyyət və məzmun kəsb edir.
AÇAR SÖZLƏR
klassik ədəbiyyat, dini ifadələr, Quran










































