TƏRƏFDAŞLAR


Məqalələr

Dil və nitq kateqoriyalarının inteqrativ-diferensial xüsusiyyətləri

Ədalət Abbasov
DOI: https://doi.org/10.48445/p0906-1716-1612-s
ORCID ID: https://orcid.org/0000-0002-9704-1874
Tarix: 21 İyul 2026

XÜLASƏ

Dil və nitq problemi uzun müddət dilçilik elminin diqqətindən kənarda qalmış, dillə nitq arasında fərq qoyulmadan araşdırılmışdır. XIX əsrin əvvəllərində bu məsələyə ilk dəfə görkəmli alman dil filosofu Vilhelm fon Humboldt sistemli yanaşmış və dil ilə nitqin fərqli mahiyyətə malik kateqoriyalar olduğunu elmi əsaslarla irəli sürmüşdür. Bundan bir müddət sonra isveçrəli alim Ferdinand de Sössür ümumi dilçilik sahəsində yeni mərhələnin əsasını qoyaraq dil və nitq arasındakı münasibətləri elmi dəqiqliklə izah etmişdir. Dil mücərrəd, nitq isə konkret və fərdi hadisədir. Nitq daim ya yazılı, ya da şifahi formada təzahür edir və proses xarakteri daşıdığı üçün müşahidə oluna və eşidilə bilər. Dil isə mücərrəd olduğuna görə bir növ mistik xarakter daşıyır; onu yalnız nitqin yaranmasına səbəb olduğu üçün dərk edə bilirik. Sössürün irəli sürdüyü dil-nitq dixotomiyası sonrakı dövrlərdə də təhlil edilmiş və XX əsrin ortalarından etibarən görkəmli Amerika dilçisi Noam Çomski bu məsələyə analitik yanaşma gətirmişdir. Bu baxış strukturalist dilçilik yanaşması kimi nəzərdən keçirilirdi. N. Çomski dil-nitq münasibətlərinə antroposentrik yanaşma tətbiq edərək müxtəlif dillər və təfəkkür arasındakı ümumi və spesifik xüsusiyyətləri müəyyən etmişdir.

 

 

AÇAR SÖZLƏR

dil, nitq, inteqrativ-diferensial xüsusiyyətlər


Məqaləni yüklə

İNDEKSLƏMƏ