TƏRƏFDAŞLAR


Məqalələr

Atalar sözlərində fitonimlərin linqvistik funksiyaları

Sədaqət Həsənova
DOI: https://doi.org/10.48445/x9667-8582-5311-c
ORCID ID: https://orcid.org/0009-0002-9996-6229
Tarix: 21 İyul 2026

XÜLASƏ

Məqalədə atalar sözlərində fitonimlərin (bitki adlarının) işlənmə xüsusiyyətləri, onların semantik, struktur və funksional aspektləri linqvistik baxımdan araşdırılır. Fitonimlərin dilin leksik-semantik sistemində xüsusi yer tutan vahidlər kimi xalq müdrikliyinin daşıyıcısı olan atalar sözlərində işlənməsi dilin tarixi, mədəni və idraki təcrübəsini əks etdirir. Tədqiqatın məqsədi fitonimlərin atalar sözlərində daşıdığı semantik yükü, yaratdığı obrazlılığı, məcazi-simvolik komponentlər vasitəsilə kodlaşdırdığı sosial və etik dəyərləri müəyyənləşdirməkdir. Məqalədə ilkin olaraq fitonimlərin etnolinqvistik mahiyyəti nəzərdən keçirilir. Təbiətə, kənd təsərrüfatına və gündəlik yaşayış təcrübəsinə bağlı olan bu vahidlər xalqın dünyagörüşünün formalaşmasında mühüm rol oynayır. Atalar sözlərində onlar həm real botanik obyekt, həm də simvolik-məcazi məna daşıyıcısı kimi çıxış edir. Məsələn, “ağac”, “gül”, “buğda”, “arpa”, “üzüm”, “çinar” kimi fitonimlər bir tərəfdən konkret məna ifadə etsələr də, digər tərəfdən zəhmət, məhsuldarlıq, səbir, gözəllik, dayanıqlıq və köklülük kimi mücərrəd anlayışları metaforik şəkildə təcəssüm etdirirlər. “Bir gül ilə yaz olmaz” atalar sözündə kollektiv fəaliyyətin zəruriliyi, ənənəvi cəmiyyətlərdə birlik və əməkdaşlıq üzərində qurulmuş həyat fəlsəfəsi əks olunur. Araşdırmada fitonimlərin dilin obrazlılıq potensialını gücləndirdiyi, bitkilərin xüsusiyyətləri, məhsuldarlığı və ya faydalılığı əsasında insan xarakteri, davranışı və ictimai münasibətlər barədə müdrik mülahizələrin irəli sürülməsində mühüm rol oynadığı təsdiq edilir.

 

 

 

AÇAR SÖZLƏR

dil, xalq, atalar sözləri, məna, fitonim



Məqaləni yüklə

İNDEKSLƏMƏ