Mənəviyyat xəzinəsi – klassik poeziya
Mətanət AbdullayevaDOI: https://doi.org/10.48445/s8825-2895-4233-h
ORCID ID: https://orcid.org/0009-0004-0754-0736
Tarix: 21 İyul 2026
XÜLASƏ
Məqalə klassik poeziyada konseptual metafora və onun
anlaşılması probleminə həsr olunmuşdur. Müdrik və dərin təfəkkürlü insanlar
dünyanın, varoluşun sirlərinə yiyələnmək üçün öncə özlərini dərk etməyin
vacibliyini bilirdilər və bildiklərini də poetik söz sənəti vasitəsilə ifadə
edirdilər. Məqalədə türk dünyasının ustad sənətkarlarının insanın özünü dərk
etməsi ilə bağlı dəyərli və əbədiyaşar fikirləri təhlil edilmiş və onların həqiqi dəyərini
dərindən anlamaq üçün rəmz və metaforaları bütün səviyyələrdə tədqiq etməyin
vacibliyi öz əksini tapmışdır. Fəlsəfi poeziyada “gizli səviyyələrin” üzə
çıxarılması, onların funksional dinamikasının müəyyənləşdirilməsi, rəmzi-metaforik
dilin deşifrə olunması və fəlsəfi şərhi vacib məsələ hesab olunur. Qeyd olunur ki,
ustad sənətkarların yaradıcılığının “mənəvi xəzinə” kimi dəyərləndirilməsinin fəlsəfi,
tarixi-elmi və tərbiyəvi əhəmiyyəti göstərilir. Məqalədə söz ustadlarının açıq
şəkildə deyil, metaforik formada təqdim etdikləri poetik sənət nümunələrinin, əslində
kainatın və insanın sirlərini açıqlayan dərin elmi biliklərə – irrasional
biliklərə əsaslandıqları dəqiq nümunələr, faktlar əsasında izahı verilir.
Araşdırma poetik söz sənəti üzrə aparıldığı üçün təqdim olunan bədii nümunələr
tam formatda deyil, fraqmentar şəkildə verilir. Konseptual metaforaların alt mənaları
qeyd olunur ki, misra və daha sonra beyt daxilindəki mənaları şərh edilir. Məqalədə göstərilir
ki, dilin metaforikliyi anlaşılması çətin olan konseptlərin gizli saxlanması,
onları anlamağa hazır olmayanlardan gizlətmək üçündür: problemə geniş, dərin, hərtərəfli
və sistemli baxmaq vacib məsələ hesab olunur. Məqalədə vurğulanan cəhətlərdən
biri odur ki, problemə, yəni təsəvvüf poeziyasının dərki məsələsinə müxtəlif aspektlərdən və eyni zamanda bütöv
sistem olaraq yanaşmaq effekli nəticə verə bilər. Bu rasionalla irrasional
idrakın vəhdəti şəraitində mümkündür, çünki mühakiməsi çərçivəli olan,
yaxud dünyəvi və ruhani təcrübəsi kasad insan üçün metafora rəngarəng obrazdan
başqa bir şey deyildir.
AÇAR SÖZLƏR
sufi poeziyası,
konseptual metafora, irrasional bilik, varoluşun sirri, idrak










































