TƏRƏFDAŞLAR


Məqalələr

Postmodernizm dövründə Azərbaycanın dil situasiyası

Cahid Kazımov
DOI: https://dx.doi.org/10.48445/TAIIJ.2021.34.97.004
ORCID ID: https://orcid.org/0000-0002-3955-4065
Tarix: 20 Dekabr 2023


XÜLASƏ 

Başqa mövzular (dil siyasəti, dilplanlaşdırma və s.) kimi “dil situasiyası” aspektindəki sosiolinqvistik tədqiqatlar mühüm ümumsosioloji önəm daşıyır. Onun üçün böyük əhəmiyyət daşıyır ki, dil sosial həyat mühitinin demək olar ki, çox tərəflərini əks etdirir. Bu sahədə metodik üsullar ondan ibarətdir ki, bütövlükdə inzibati-ərazi sektorunda yad dilin funksionallaşma meyilləri və dil siyasəti, həmçinin dil situasiyasının müxtəlif tiplərinin təhlili və s. məsələlər tədqiqat obyektini təşkil edir. Mə-qalədə sosiolinqvistikanın “İnsan və dil” problemi birdillilik və çoxdillilik şəraitində şərh olunur. Bilin-qivizm şəraitində yaşayan və fəaliyyət göstərən insanın davranışına, əlbəttə, dil birinci növbədə təsir göstərir. Bu, əsas etibarilə psixoloji problemdir. Müasir Azərbaycan ədəbi dilinin inkişaf xarakteri (demokratikləşmə) və perspektivləri sosial və dil situasiyası müstəvisində səciyyələnir. Məqalədə müasir dil situasiyası postmodernizm kontekstində təhlil olunur. Müasir Azərbaycan ədəbi dili və yeni dil situasiyası müstəvisində qarşılıqlı əlaqələrin başlıca özəllikləri aydınlaşdırılır. 


AÇAR SÖZLƏR 

dil situasiyası, ikinci dil, postmodernizm, ədəbi dil, milli dil 

Məqaləni yüklə

İNDEKSLƏMƏ