TƏRƏFDAŞLAR


Məqalələr

Azərbaycan toponimlərində qeyri-türk mənşəli adların formalaşma səbəbləri və tarixi-dilçilik xüsusiyyətləri

Aygün Cəfərova
DOI: https://doi.org/10.48445/j3339-2449-0383-f
ORCID ID: http://orcid.org/0000-0002-9396-5148
Tarix: 19 Oktyabr 2026

XÜLASƏ

Azərbaycan toponimiyası milli-mənəvi irsin ayrılmaz tərkib hissəsi kimi xalqımızın etnik kimliyini, tarixi yaddaşını və mədəni inkişaf mərhələlərini özündə əks etdirən mühüm onomastik sistemdir. Toponimlər təkcə coğrafi obyektlərin adlandırılması vasitəsi deyil, eyni zamanda müəyyən bir ərazidə tarixən mövcud olmuş etnosların yaşayış tərzi, sosial münasibətləri, təsərrüfat fəaliyyəti və mədəni əlaqələri haqqında qiymətli məlumat daşıyır. Azərbaycan ərazisində toponimlərin böyük bir qismi türk mənşəli olsa da, ölkənin geosiyasi mövqeyi və qədim dövrlərdən etibarən müxtəlif sivilizasiyaların kəsişmə nöqtəsində yerləşməsi burada qeyri-türk mənşəli yer adlarının geniş yayılmasına səbəb olmuşdur. Qafqaz, Hind-Avropa, Sami, Monqol və digər dil ailələrinə aid olan bu toponimlər əsasən qədim etnosların məskunlaşması və kütləvi miqrasiyalar, hərbi yürüşlər, siyasi hakimiyyət dəyişiklikləri və mədəni təsirlər fonunda formalaşmışdır. Qeyri-türk mənşəli toponimlərin tədqiqi Azərbaycan ərazisində tarixən mövcud olmuş etnik-dil münasibətlərinin xarakterini müəyyənləşdirmək, müxtəlif xalqların qarşılıqlı təsirini izləmək və xalqımızın etnogenezinin mürəkkəb mərhələlərini elmi əsaslarla izah etmək baxımından xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan məqalədə qeyri-türk mənşəli toponimlər dil ailələri üzrə təsnif edilir, onların mənşə qatları, fonetik və semantik xüsusiyyətləri, eləcə də Azərbaycan dilinin onomastik sistemində keçdiyi uyğunlaşma prosesləri sistemli şəkildə təhlil edilir.

 

 AÇAR SÖZLƏR

Azərbaycan toponimiyası, qeyri-türk mənşəli adlar, etnotoponim, Monqol toponimləri

 

 



Məqaləni yüklə

İNDEKSLƏMƏ