İsi Məlikzadə nəsrində xarakter problemi
Aynur BədəlovaDOI: https://doi.org/10.48445/x7827-6703-9344-h
ORCID ID: https://orcid.org/0009-0002-9288-6218
Tarix: 19 Oktyabr 2026
XÜLASƏ
Məqalədə İsi Məlikzadənin nəsrində xarakter
problemi araşdırılmış, povest və hekayələrindəki qəhrəmanlar idealizə edilmədən
bütün müsbət və mənfi xüsusiyyətləri ilə oxucuya təqdim edilmişdir. Yazıçının nəsrində
əsas cəhətlərdən biri onun obrazları canlı, təbii və realist dildə təsvir etməsidir.
Onun bədii üslubu qəhrəmanların daxili aləmini, psixoloji mürəkkəbliyini açıq şəkildə
əks etdirməyə imkan verir. İsi Məlikzadənin povestlərində dil və dialoq vasitəsilə
yaradılan realizm onun qəhrəmanlarının daxili aləminin inandırıcı təsvirinə
imkan yaradır. Onun əsərləri, zəngin psixoloji təhlili və mənəvi çalarları ilə
Azərbaycan nəsrində xarakter problematikasını aydın şəkildə ortaya qoyur və
oxucunu hər zaman düşündürür.
AÇAR SÖZLƏR
daxili ziddiyyət, xarakter problemi, mənəvi keyfiyyət,
fərdi psixologiya










































