TƏRƏFDAŞLAR


Məqalələr

Müasir Azərbaycan dilində ktematonimlərin formalaşması və adlandırılması

Mətanət Mehdiyeva
DOI: https://doi.org/10.48445/m1037-0689-7552-v
ORCID ID: https://orcid.org/0009-0005-0068-4590
Tarix: 19 Oktyabr 2026

XÜLASƏ

Məqalədə onomastikanın vahidləri arasında tədqiqata daha çox ehtiyacı olan ktematonimlərin adlandırılmasında qarşıya çıxan aktual problemlərdən söhbət açılır. Ktematonimlər dilçilikdə müəssisələrin, müəyyən qurumların, ticarət və mədəni obyektlərin xüsusi adlarını öyrənən onomastik sahədir. Qeyd edək ki, hazırda bu sahədə ktematonimlərin adlandırlması ilə bağlı ciddi problemlər mövcuddur. Ktematonimlərin dil xüsusiyyətlərinə nəzər yetirdikdə adlandırma zamanı daha çox əcnəbi sözlərdən istifadəyə rast gəlinir. Bəzən qrammatik normaların pozulması Azərbaycan dilinin orfoqrafiyasına uyğun olmayan sözlərdən istifadə, yəni dil normalarının qorunmasında problemlər yaradır. Xarici dillərin (xüsusən, ingilis və türk) təsirinin güclənməsi dilin milli xüsusiyyətlərinə mənfi təsir göstərir. Ktematonimlər dilin canlı və dinamik qatını təşkil etdiyi üçün onların düzgün adlandırılması yalnız iqtisadi deyil, eyni zamanda dil mədəniyyəti və milli kimlik baxımından böyük əhəmiyyət daşıyır. Ktematonimlərin adlandırılması prosesində rast gəlinən dil problemləri və xarici dillərin təsiri məqalədə elmi baxımdan təhlil olunur. Advermə zamanı millilik prinsipinin qorunması əsas məsələ kimi dəyərləndirilir və müvafiq dövlət qurumlarının bu işdə aparıcı mövqelərinə aydınlıq gətirilir.

 

 AÇAR SÖZLƏR

onomastika, ktematonimlər, əcnəbi dil

 

Məqaləni yüklə

İNDEKSLƏMƏ