İbtidai sinif şagirdlərinin orfoqrafik vərdişlərinin formalaşdırılmasında müasir metodlardan istifadə
Maya QasımovaDOI: https://doi.org/10.48445/q3018-1057-3228-l
ORCID ID: https://orcid.org/0000-0001-9116-4331
Tarix: 19 Oktyabr 2026
XÜLASƏ
Məqalədə ibtidai sinif şagirdlərinin orfoqrafik vərdişlərinin
formalaşdırılmasında müasir təlim metodlarının rolu və tətbiqi imkanları
araşdırılır. Orfoqrafik savadlılıq şagirdlərin yazılı nitqinin inkişafında
mühüm amil olduğu əsaslandırılır. Məqalədə interaktiv təlim üsullarının,
oyun texnologiyalarının, müvafiq internet platformalarından istifadənin,
diferensiallaşdırlmış və problem əsaslı tapşırıqların şagirdlərdə orfoqrafik
bacarıqların inkişafına təsiri nümunələrlə təhlil edilir. Məqalədə qeyd edilir
ki, müasir təlim metodlarından məqsədyönlü və sistemli şəkildə istifadə ibtidai
sinif şagirdlərində düzgün yazı vərdişlərinin formalaşmasına və orfoqrafik səhvlərin
azalmasına müsbət təsir göstərir.
AÇAR SÖZLƏR
ibtidai məktəb, şagirdlər, orfoqrafik vərdişlər, müasir metodlar










































