TƏRƏFDAŞLAR


Məqalələr

Azərbaycan aşıq poeziyasının dilində sinonimlik keyfiyyəti

Fəxriyyə Cəfərova
DOI: https://doi.org/10.48445/z5746-8431-0365-l
ORCID ID: https://orcid.org/0000-0001-2345-6789
Tarix: 19 Oktyabr 2026

XÜLASƏ

Azərbaycan xalqının mədəni irsinin ayrılmaz hissəsi olan aşıq poeziyası çox zəngin, poetik və üslubi xüsusiyyətləri ilə seçilir. Bu poeziyanın dilində sinonimlər estetik, semantik və funksional əhəmiyyətə malikdir. Aşıq poeziyası hələ Qədim zamanlardan bəri sinonimlik vasitəsilə özünü göstərən zəngin semantik qatlara malik olmuşdur. Aşıqların dilində sinonimlik məna incəliklərini ifadə etmək, estetik cəlbediciliyi təmin etmək və mədəni kimliyi əks etdirmək baxımından mühüm əhəmiyyətə malikdir. Məqalədə aşıq poeziyasının sinonim keyfiyyətləri araşdırılır, sinonimliyin linqvistik, semantik, üslubi və mədəni aspektləri nəzərdən keçirilir. Sinonimlərin mətndə ritm, təkrar, parralelizm, mədəni simvolika və asan yadda saxlama kimi funksiyalarda rolu açıqlanır, o cümlədən Azərbaycan xalqının mənəvi dəyərlərinin ifadəsindəki əhəmiyyəti nümunələrlə göstərilir.

 

AÇAR SÖZLƏR

aşıq poeziyası, poetik dil, mədəni simvolika, semantik zənginlik, üslub xüsusiyyətləri



Məqaləni yüklə

İNDEKSLƏMƏ