TƏRƏFDAŞLAR


Məqalələr

Nəbi Xəzrinin dilində fonopoetik vasitələrin rolu

Qənirə Əsgərova
DOI: https://doi.org/10.48445/p0860-7347-7719-u
ORCID ID: https://orcid.org/0009-0005-7756-8029
Tarix: 19 Oktyabr 2026

XÜLASƏ

Fonopoetik vasitələr dedikdə, mənanı fonetik yolla yaradan və ya gücləndirən ifadə yolları başa düşülür. Bu vasitələr poetik dildə mərkəzi mövqe tutur, səs, məna və emosiyanın kəsişmə nöqtəsində fəaliyyət göstərərək estetik təsiri formalaşdırır, oxucunun qavrayışını leksik və ya qrammatik mənanın hüdudlarından kənara yönəldir. Dil vahidlərinin estetik və emosional funksiyanı yerinə yetirməsi poetik dilin əsas xüsusiyyətlərindəndir. Bu baxımdan, dilin fonetik quruluşu ilə məna arasında qarşılıqlı əlaqə bədii dilin formalaşmasında mühüm rol oynayır. Sözün səs tərkibi bədii mətndə təsadüfi deyil, o, semantik məzmunu gücləndirir, emosional çaları dərinləşdirir. Poeziyanın oxucuya təsir gücünün artırılmasında şairlərin böyük rolu vardır. Bu mənada, məqalədə fonopoetik vasitələr nəzəri əsaslar və üslubi funksiyalar baxımından Nəbi Xəzrinin yaradıcılığı əsasında araşdırılır. Linqvistik, üslubi və poetik yanaşmalara əsaslanan tədqiqat göstərir ki, fonopoetik vasitələr adi dil faktı deyil, struktur baxımından obrazlılıq, emosionallıq, ritm və semantik çalarların formalaşmasına təsir edən əhəmiyyətli faktlardır.

 

AÇAR SÖZLƏR

fonopoetika, səs simvolizmi, poetik dil, ekspressivlik, poetik səs


Məqaləni yüklə

İNDEKSLƏMƏ