Əli Nəzmi Mirzə Ələkbər Sabir ideyalar aləminin davamçısı kimi
Ulduz QəhrəmanovaDOI: https://doi.org/10.48445/v3072-1230-0695-m
ORCID ID: https://orcid.org/0009-0003-4418-9319
Tarix: 19 Oktyabr 2026
XÜLASƏ
Azərbaycan ədəbi məktəblərinin yaranması bir qayda
olaraq böyük sənətkarların adı və yaradıcılıqları ilə bağlıdır. Sabir ədəbi məktəbi
isə o dövr ədəbiyyatımızda (XX əsr – U. Q.) böyük hadisə idi. Çünki Sabir
poeziyası xalqda özünütənqid, özünütərbiyə kimi önəmli xarakter formalaşdırır,
onları milli intibaha çağırışa dəvət edirdi. Sabir satirik poeziyasının
platforması vahid ictimai mübarizədə şüurlarda inqilabi cəbhə yaratmaqdan ibarət
idi. Onun poetik novatorluğu da bu proqrama xidmət edirdi. Məlumdur ki,
Sabirin parlayan inqilabi satirasını üzə çıxaran “Molla Nəsrəddin” ədəbi mətbu
orqanı olmuşdur. Bu satirik jurnal nəşr olunduqdan sonra Sabirin davamçıları
şairin səsinə səs vermiş, ona sadiq silahdaş olmuşlar. Sabirin milli poeziyaya
gətirdiyi novatorluğu ilk olaraq Mirzə Cəlil Məmmədquluzadə yüksək qiymətləndirmişdir.
AÇAR SÖZLƏR
Mirzə Ələkbər Sabir, Əli Nəzmi, satirik poeziya,
ideya davamçısı










































