TƏRƏFDAŞLAR


Məqalələr

Savad təlimi dövründə ilk qrammatik məlumatların verilməsi

Fəridə Səfərəliyeva
DOI: https://doi.org/10.48445/n5876-6996-1164-x
ORCID ID: https://orcid.org/0000-0003-1161-5759
Tarix: 19 Oktyabr 2026

XÜLASƏ

Ana dilinin qorunması milli kimliyin formalaşmasına birbaşa təsir göstərən əsas amillərdəndir. Xalqın ruhu, dünyagörüşü, düşüncə tərzi məhz ana dili vasitəsilə ifadə olunur. Uşaqların milli-mənəvi dəyərlərə, dilinə və dövlətinə bağlı şəxsiyyət kimi yetişdirlməsi baxımından ana dilinin əhəmiyyəti böyükdür. Bu proses sinifdən savad təlimi dövründən başlayaraq reallaşdırılmalıdır. Müasir savad təliminin elmi əsasını dilimizin fonetik səs sistemi təşkil edir. Məhz savad təlimi dövründə məşğələlərin düzgün təşkili müəllimin dilimizin səs sistemini nə dərəcədə bilməsindən asılıdır. Fonetika və fonologiya qrafika ilə birlikdə savad təlimi metodikasının, sadə oxu texnikasının işlənməsinin əsasını təşkil edir. Nitq səslərinin öy­rə­nilməsi savad təliminə hazırlıq dövründən başlanır. Məhz bu dövrdə şagirdlərin fonematik eşitmə qabiliyyətləri inkişaf etdirilir. Bu da öz növbəsində şagirdlərin dilimizin səs sistemi ilə praktik tanışlığını tə­min edir. Şagirdlər nitqimizi təşkil edən cümlələrin sözlərdən, sözlərin hecalardan, hecaların nitq səslərin­dən əmələ gəldiyini öyrənirlər. Onlar nitq səslərin­dən heca, he­calardan söz, sözdən cümlə, cümlədən nitq qur­maq ki­mi ilkin bacarıqlara yiyələnirlər. Savad təlimi dövründə nitq inkişafı üzrə iş nitq səsləri və sözlərin düzgün tələffüzünü, lüğət ehtiyatının zənginləşdirilməsini, cümlələrin və rabitəli nitqin qurulmasını əhatə edir.

 

AÇAR SÖZLƏR

savad təlimi, nitq inkişafı, ilkin yazı bacarığı

Məqaləni yüklə

İNDEKSLƏMƏ