TƏRƏFDAŞLAR


Məqalələr

Azərbaycan dilinin tədrisində fəndaxili və fənlərarası inteqrasiyanın bəzi məsələləri

Mehriban Əlləzova
DOI: doi.org/10.48445/q5866-0011-1687-w
ORCID ID: https://orcid.org/0000-0002-3759-6093
Tarix: 25 Yanvar 2024


XÜLASƏ 

Fəndaxili inteqrasiya ‒ müəyyən bir fənn üzrə anlayış, bilik və bacarıqların əlaqələndirilməsi, fəndaxili faktların sistemləşdirilməsidir. Bu mənada inteqrasiyanı verilmiş materialın ayrı-ayrı tədris vahidlərində cəmləşdirilməsi də hesab etmək olar. Bu isə son nəticədə fənnin məzmun və strukturunun dəyişməsinə gətirib çıxarır. Fəndaxili inteqrasiya üfüqi və şaquli ola bilər. Fənlərarası inteqrasiya iki və ya daha artıq fənnin əhatə etdiyi anlayış, bilik, bacarıq və prinsiplər sintezidir. Belə ki, o, bir fənnə aid olan qanun, nəzəriyyə və metodların başqa bir fənnin öyrənilməsi zamanı istifadəsini nəzərdə tutur. Tədrisin bu modelə uyğun sistemləşdirilməsi şagirdlərin təfəkküründə dünyanın bütöv və bölünməz obrazlarının yaradılması ilə yanaşı, həm də elmi anlayışlar, kateqoriyalar və yeni yanaşmalarla xarakterizə olunan biliklərin formalaşdırılmasına təkan verir.  


AÇAR SÖZLƏR 

fəndaxili inteqrasiya, fənlərarası inteqrasiya, təlim prosesi, şagird,  təfəkkür 

Məqaləni yüklə

İNDEKSLƏMƏ