TƏRƏFDAŞLAR


Məqalələr

Azərbaycan dilinin beynəlxalq tədrisinin məqsədi və vəzifələri: Pekin Xarici Dillər Universitetində Azərbaycan dili ixtisasinin təşkili və tədrisi üzrə nümunəvi tədqiqat

Aqşin Əliyev
DOI: https://doi.org/10.48445/k8521-9122-4055-e
ORCID ID: https://orcid.org/0009-0008-8791-532
Tarix: 19 Oktyabr 2026

XÜLASƏ

Məqalədə “Azərbaycan dilinin beynəlxalq tədrisi” anlayışı məzmun cəhətdən araşdırılır, elmi dövriyyəyə daxil edilərək və indiyədək istifadə olunmuş əlaqəli anlayışlarla müqayisə olunur. Tədqiqat çərçivəsində Azərbaycan dilinin xaricdə tədrisinin üç əsas formatı təhlil olunur, bu sahənin nəzəri və praktik problemləri araşdırılır. Eyni zamanda, Azərbaycan dilinin beynəlxalq tədrisinin səmərəli təşkili üçün fərqli metodoloji yanaşmaların tətbiqinin, dərslik və lüğətlərin məqsədyönlü hazırlanmasının əhəmiyyəti əsaslandırılır. Məqalədə rəqəmsallaşma şəraitində Azərbaycan dilinin beynəlxalq tədrisinin mövcud vəziyyəti qiymətləndirilir, bu istiqamətdə həyata keçirilməsi zəruri olan tədbirlər müəyyənləşdirilir. Dünya təcrübəsi əsasında dil tədrisinin xaricdə mərkəzləşdirilmiş şəkildə təşkili məsələləri, müəllim hazırlığının rolu və “Azərbaycan dilinin beynəlxalq tədrisi” üzrə müvafiq ixtisasların yaradılmasının zəruriliyi nəzərdən keçirilir. Bununla yanaşı, Pekin Xarici Dillər Universitetində Azərbaycan dilinin ixtisas səviyyəsində tədrisi təcrübəsi təqdim edilir və əldə olunmuş nəticələr ümumiləşdirilir.

 

AÇAR SÖZLƏR

Azərbaycan dili, xarici dil, beynəlxalq tədris, Pekin Xarici Dillər Universiteti


Məqaləni yüklə

İNDEKSLƏMƏ