Azərbaycan dilinin bədii üslubunda bəzi bəzək əşya adlarının etnoqrafik təhlili
Səbinə VəliyevaDOI: https://doi.org/10.48445/m3932-3191-6705-q
ORCID ID: https://orcid.org/0009-0007-3197-0754
Tarix: 19 Oktyabr 2026
XÜLASƏ
Türkologiyada və Azərbaycan
dilçiliyində geyim və zərgərlik lüğətinin tədqiqi tarixi dilçiliyin həll
olunmamış problemlərindən hesab olunur. Mövcud tədqiqatlarda, dilçiliyə aid
bəzi əsərlərdə bunlar haqqında yalnız qısa məlumat verilir. Hazırda bu tematik
lüğət qrupu müxtəlif sahələrin elm adamlarının tədqiqat obyektidir. Türk
mədəniyyətinin, etnoqrafiyasının və dilinin öyrənilməsi ilə bağlı mənbələrə və
elmi ədəbiyyata nəzər saldıqda “Geyim və zərgərlik” tematik qrupuna daxil olan
leksemlər türk dillərinin lüğət tərkibində mühüm yer tutduğu anlaşılır. Aparılan
təhlillərə əsasən belə nəticəyə gəlmək olar ki, əksər türk dillərində lüğətin
bu qolu məişət lüğəti çərçivəsində tədqiq edilmişdir. Hazırda bəzi türk dillərində geyim və zinət əşyalarının
lüğəti ilə bağlı monoqrafik tədqiqatlar aparılır.
AÇAR SÖZLƏR
Azərbaycan dili, bədii
üslub, bəzək əşyaları, sırğa, qadın bəzək əşyaları










































