TƏRƏFDAŞLAR


Məqalələr

Müasir ədəbiyyat dərslərində Nizami Gəncəvinin həyat və yaradıcılığının öyrənilməsi imkanları

Bilal Həsənli
DOI: https://dx.doi.org/10.48445/y2017-1068-5447-a
ORCID ID: https://orcid.org/0000-0002-6964-0546
Tarix: 29 İyul 2022


XÜLASƏ 

Məqalədə Azərbaycanın dahi şairi, dünya ədəbiyyatında özünəməxsus mövqeyə malik olan Nizami Gəncəvinin həyat və yaradıcılığının ümumtəhsil məktəblərinin ədəbiyyat dərslərində öyrənilməsi gənc nəslin ədəbi təhsili, inkişafı, milli və ümumbəşəri mənəvi dəyərlərə yiyələnməsi, mütərəqqi dünyagörüşünə malik şəxsiyyət kimi formalaşması baxımından müstəsna əhəmiyyətə malik olduğundan söz açılır. Nizami yaradıcılığının böyük tərbiyə potensialı ədəbiyyat dərslərində sənətkarın əsərlərinin ədəbi-tarixi və mənəvi-estetik aspektlərinin diqqət mərkəzinə çəkilməsi, müzakirəsi vasitəsilə reallaşdırılır. Nizaminin şair-vətəndaş kimi fəal həyat mövqeyinin, yaradıcılığının dərindən qavranılması, ilk növbədə, onun şəxsiyyətini səciyyələndirən cəhətlər və əsərlərinin ideya-bədii xüsusiyyətləri üzrə dolğun biliklər əldə edilməsini ehtiva edir. Bu baxımdan, dərsdə yeni təlim texnologiyalarından, interaktiv təlim metodlarından, fəal iş formalarından, əlavə mənbələrdən istifadə olunması zəruridir. 

AÇAR SÖZLƏR 

şair, poema, yaradıcılıq, dərs, metod, interaktiv, təhlil, müzakirə  

Məqaləni yüklə

İNDEKSLƏMƏ