TƏRƏFDAŞLAR


Məqalələr

Müasir Azərbaycan dilinin sosiolinqvistik aspektdə öyrənilməsi

Cahid Kazımov
DOI: https://dx.doi.org/10.48445/a5973-4467-9302-r
ORCID ID: https://orcid.org/0000-0002-3955-4065
Tarix: 29 İyul 2022


XÜLASƏ 

Mühüm ünsiyyət vasitəsi olan müasir Azərbaycan dili müxtəlif istiqamətlərdə tədqiq olunur. Bunlardan biri də sosiolinqvistik aspektdir. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu aspektdə dilimizin funksional imkanları çox az öyrənilib. Məlumdur ki, dilin funksionallaşaraq dəyişməsi və inkişafı onun başlıca keyfiyyətidir. Məqalədə müasir Azərbaycan dilinin işlənilmə sferaları, funksional özəllikləri müəyyənləşdirilir və dil-danışıq sahələrinin daralma imkanları öyrənilir. Azərbaycan dilinin ümumi sosiolinqvistik durumu, funksional olaraq işlənilməsi, ünsiyyət vasitəsi və rəsmi dövlət dili kimi işləkliyi müəyyənləşdirilir. Bundan əlavə, məqalədə müasir Azərbaycan dilinin sosial şərtləndirilməsi prosesi, sosial diferensiallaşması, sosial inkişaf şərti, sosial və funksional diferensiasiya, milli dillərin sərhədləri, ədəbi dil, ərazi dialektləri və dilə sahib olmanın (yiyələnmənin) bir çox mühüm məsələləri də araşdırılır. 


AÇAR SÖZLƏR 

Azərbaycan dili, sosiolinqvistika, sosioloji dilçilik, dil  

Məqaləni yüklə

İNDEKSLƏMƏ