TƏRƏFDAŞLAR


Məqalələr

Oyunların elmi təhlili və onların uşaqların əqli-fiziki inkişafında əhəmiyyəti

Çinarə Rzayeva
DOI: https://dx.doi.org/10.48445/f0863-4369-9462-o
ORCID ID: https://orcid.org/0000-0003-0655-9342
Tarix: 29 İyul 2022


XÜLASƏ 

Uşaq folklorunun əsas hissəsini oyunlar təşkil edir. Sevindirici haldır ki, hər yaş dövrünə uyğun uşaq oyunları vardır. Uşaq oyunları sağlamlıq və zehnin inkişafı üçün xüsusilə əhəmiyyətlidir. Bu oyunların bir qismi zehni inkişaf etdirən, bir qismi isə sağlamlığı möhkəmləndirən, yəni idman xarakterlidir. Məqalədə bir sıra uşaq oyunları tədqiqata cəlb edilmiş, onların uşaqların sağlamlığı naminə nə dərəcədə böyük əhəmiyyətə malik olması nümunələrlə izah olunmuşdur.  Qeyd edək ki, uşaq oyunlarının tərbiyəvi əhəmiyyəti, sağlamlıq, diqqət artırmaq, müxtəlif növ bacarıqları inkişaf etdirmək, ən əsası isə pis vərdişlərdən uzaq olmaq üçün rolu danılmaz, əhəmiyyəti isə böyükdür. 


AÇAR SÖZLƏR

uşaq, folklor, oyun, diqqət, inkişaf

Məqaləni yüklə

İNDEKSLƏMƏ