TƏRƏFDAŞLAR


Məqalələr

Ədəbiyyat dərslərinin növləri

Fəxrəddin Yusifov
DOI: https://dx.doi.org/10.48445/u9538-7666-5172-v
ORCID ID: https://orcid.org/0000-0002-8418-1931
Tarix: 29 İyul 2022


XÜLASƏ 

Ədəbiyyat kursunun məzmununu əsasən ədəbi əsərlər, icmal materialları, ədəbiyyat nəzəriyyəsinə dair nəzəri məlumatlar təşkil edir. Bu materialların əksəriyyəti bədii mətnlərin daha dərindən dərk olunmasına imkan yaradır, öyrədilməsi yolları isə ənənəvi kursdan fərqlənir. Fəal/interaktiv təlim əsaslı dərslər iki dərs tipini tanıyır: induktiv və deduktiv dərslər. Məqalədə proqram materiallarının öyrənilməsində hər iki dərs tipinin (və qovuşuq dərs tipi) əsaslı dərslərin təşkilinin nəzəri-praktik istiqamətləri barədə söhbət açılır. Həmin dərslərin səmərəli qurulması yolları, müəllimin üzərinə düşən vəzifələr, dərs mərhələlərinin məzmunu və onlarda görülən işlər barədə təqdim olunan məlumatlar müəllimi düşündürən bir çox sualların cavabı kimi işlənmişdir. Yeni bilik verən dərslər (induktiv) fəal (interaktiv) dərslərin bütün mərhələlərini özündə cəmləşdirir. İcmal mövzularının tədrisi, ədəbi əsərlərin məzmunu üzərində işlər bu formalı dərslər üzərində qurulur. 


AÇAR SÖZLƏR 

ədəbiyyat dərsləri, məzmun, induktiv, deduktiv, icmal mövzuları, nitq  inkişafı 


 

Məqaləni yüklə

İNDEKSLƏMƏ