TƏRƏFDAŞLAR


Məqalələr

“Bir hikmət görmüşəm, xəyalım çaşıb” (Aşıq Ələsgərin yaradıcılığı əsasında)

Mahmud Allahmanlı
DOI: https://dx.doi.org/10.48445/k5595-8343-2283-m
ORCID ID: https://orcid.org/0000-0002-5947-7669
Tarix: 29 İyul 2022


XÜLASƏ 

Aşıq sənətinin, eləcə də ustadlar ustadı Aşıq Ələsgərin poeziya atlasının müəyyənləşdirdiyi mənzərə unikallıq anlamında, tarix və coğrafi baxımından bir sonsuzluq yaratmışdır. Göyçə bu sonsuzluğun episentri olmaqla, həm də folklor yaddaşının müəyyənləşdirdiyi sənət kriteriyalarına söykənir, Dərbənd, Borçalı, Təbriz, Urmiya, Zəncan, Savə, Kərkük və s. boyu ozanların qopuzunda, aşıqların sazında səslənir. Ozanların qopuzu, aşıqların sazı, Oğuz Kağanın “mən Oğuzun kağanı oldum” təsəvvürü, Xan Qazanın alplarının müəyyənləşdirdiyi həyat prinsipi, Qoç Koroğlunun Çənlibel nizamı, Xıdır Nəbi, Novruzun mərasim səviyyəsində arxaik yaddaş kodu və s. – hamısı bu sırada Göyçə səviyyəsində “Ələsgəri səslədim, hay verdi Göyçə mənə” konsorsiumuna bağlanır. Folklorun, eləcə də aşıq yaradıcılığının stixial panoraması qopuzun və sazın, Aşıq Ələsgər timsalında ustadların müəyyənləşdirdiyi müqəddəs sənət və həyat prinsipinə bağlanır. Bütün bunlar sənət və yaradıcılıq anlamında sistemli yanaşmaları, tarixi-mədəni axarın dinamikasını diqqət önünə gətirir və müxtəlif istiqamətli təhlilləri bir zərurət olaraq qarşıya qoyur. 


AÇAR SÖZLƏR 

ozan-aşıq yaradıcılığı, ustad aşıqlar, Aşıq Ələsgər, Göyçə aşıq mühiti, ustadnamələr, aşıq rəvayətləri 

Məqaləni yüklə

İNDEKSLƏMƏ