TƏRƏFDAŞLAR


Məqalələr

Türk dillərində həftə adları

Nərgiz Hacıyeva
DOI: https://dx.doi.org/10.48445/u1378-6309-4170-d
ORCID ID: https://orcid.org/0000-0003-4298-0097
Tarix: 29 İyul 2022


XÜLASƏ 

Məqalədə həftə günlərinin tarixən bir çox dünya dillərində eyni şəkildə adlandırılmasından, fonosemantika məsələlərindən bəhs olunur. Azərbaycan xalqının tarixi keçmişini, etnoqrafiyasını tədqiq etmək baxımından zaman leksikasını əks etdirən həftə günlərinin adları mühüm əhəmiyyət kəsb edir. Türk dillərində xalq tərəfindən vaxtilə həftənin günlərinə verilən adlar fars-ərəb dili və İslam dininin təsirilə sıxışdırılaraq aradan çıxmış, Azərbaycan dilində ərəb-fars sözləri üstünlük təşkil etmişdir. Dünyanın bir sıra dillərinin qohumluğu, vahid dil ailəsinin mövcudluğu məsələsinin həllində həftə günlərinin bu dillərdə tarixən eyni adlarla adlanması yalnız etnoqraf, tarixçilərin deyil, eyni zamanda dilçilərin də üzərinə düşən vəzifələrdən biri hesab edilir. Bu isə tarixi mənbələrin dərindən araşdırılması ilə üzə çıxarıla bilər. Həftə günlərinin tarixən bu dillərdə kosmik ulduzlarla, planetlərlə əlaqəsi də maraq doğuran məsələlərdən biridir. Dialektlərdə həftə günlərinin qədim adları müxtəlif mənalarda qorunub saxlanılmışdır. Türk dillərində həftə günlərinin adları müxtəlif şəkildə – xalqın təsərrüfat tərzinə uyğun olaraq adlandırılır. 


AÇAR SÖZLƏR 

həftə adı, etimologiya, alınma söz, planet adı, fonosemantika 

Məqaləni yüklə

İNDEKSLƏMƏ