TƏRƏFDAŞLAR


Məqalələr

Füzulinin “Leyli və Məcnun” poemasında Zeyd obrazı və onun tədrisinə dair

Nərminə Fazilova
DOI: https://dx.doi.org/10.48445/o7474-4613-5760-k
ORCID ID: https://orcid.org/0000-0003-0054-5441
Tarix: 29 İyul 2022


XÜLASƏ 

Azərbaycan ədəbiyyatında önəmli yerlərdən birini tutan və orta ümumtəhsil məktəblərində tədris olunan bədii örnəklərdən biri də Füzulinin “Leyli və Məcnun” poemasıdır. Obrazlar etibarilə zəngin olan poemanın seçilən, diqqət cəlb edən surətlərindən biri Məcnunun rəfiqi Zeyddir. Poemada bu obraza geniş yer verilməsə də, onun süjet xəttinin inkişafında əhəmiyyətli rol oynadığı inkarolunmazdır. Məcnunun rəfiqi olan Zeyd, onun dərdini hər kəsdən yaxşı başa düşür. Çünki özü də eşq dərdinə mübtəladır. Məqalədə Zeyd obrazının tədris prosesində təhlilə cəlb edilməsi yollarından bəhs olunmuşdur. Dərs prosesində bu obrazın təhlili zamanı onun daxili aləminin açıqlandığı məqamların əhəmiyyət kəsb etdiyi məqalə boyunca diqqət mərkəzində saxlanılmışdır. Burada həmçinin Məcnun ilə Zeyd arasındakı dostluq münasibətinin incəliklərinə də toxunulmuşdur. Təhlil poemadan gətirilən nümunələr əsasında aparılmış və hadisələrin ardıcıllığının qorunmasına diqqət yetirilmişdir. 


AÇAR SÖZLƏR 

klassik ədəbiyyat, poema, obraz, təhlil,  təlim prosesi 

Məqaləni yüklə

İNDEKSLƏMƏ