TƏRƏFDAŞLAR


Məqalələr

Əfsanə və rəvayətlərin uşaqların mənəvi inkişafında rolu, əhəmiyyəti və tədrisi məsələləri

Çinarə Rzayeva
DOI: https://dx.doi.org/10.48445/TAIIJ.2021.63.40.009
ORCID ID: https://orcid.org/0000-0003-0655-9342
Tarix: 20 Dekabr 2023


XÜLASƏ 

Müasir dövrümüzdə milli kimliyimizi, folklorumuzu qoruyub saxlamaq xüsusilə zəruridir. Uşaqlar ana dilinin incəliyini, saflığını və gözəlliyini lap körpəlikdən anlamalı-dır. Analar dilin gözəlliyini beşik başında oxuduqları lay-lalar, bayatılar, əzizləmələr vasitəsilə uşağın ruhuna hopdurur. Məqalədə uşaqların mənəvi zənginliyinin artması və onların mükəmməl şəxsiyyət kimi yetişməsində əfsanə və rəvayətlərin rolu geniş araşdırılır. Bir çox təhlillər aparılaraq əfsanə və rəvayətlərin mənəvi əhəmiyyəti, tərbiyəvi cəhətləri müəyyən edilir. Həmçinin məqalədə əfsanə və rəvayətlərin tədrisinə verilən önəm və onların daha yaxşı mənimsənilməsi üçün müasir təlim metodu və üsullardan necə istifadə edilməsi məsələləri də araşdırılır. Tədqiqatlar zamanı bir daha məlum oldu ki, uşaqların həyatında əfsanə və rəvayətlərin rolu danılmazdır. Həmçinin məqalədə bu nümunələrin uşağın milli ruhda böyüməsinə, yaradıcı-lıq qabiliyyətlərinin formalaşmasına göstərdiyi təsir də qeyd olunur.  


AÇAR SÖZLƏR 

folklor, əfsanə və rəvayətlər, uşaqlar, inkişaf 

Məqaləni yüklə

İNDEKSLƏMƏ