Nizami Gəncəvi və natiqlik sənəti
Vaqif Qurbanov, Sevil HümmətovaDOI: https://dx.doi.org/10.48445/z6679-7441-5384-v
ORCID ID: https://orcid.org/0000-0001-7665-3938 / https://orcid.org/0000-0002-6903-4749
Tarix: 29 İyul 2022
XÜLASƏ
Məqalədə Nizami Gəncəvi və natiqlik sənəti ilə bağlıvəzifələrdən bəhs olunur. Deyilir ki, dahi Nizamini buaspektdən də öyrənməyə borcluyuq. Bu, əvvəla, dilimizəolan məhəbbətin qayğısı olar. İkincisi, dil təlimi ilə mədəninitqə yiyələnmiş natiqlər məşğul olmalıdırlar. Filoloq-müəllim ilk növbədə natiq olmalıdır. Nizami Gəncəviqəhrəmanları natiqlik zirvəsində olan insanlardır. Belə ki,şair Şərq dünyasında ilk dəfə olaraq natiq obrazıyaratmışdır. Natiqlik bir məharətdir, natiqliyə yiyələnməkisə mədəniyyətə yiyələnmək deməkdir. Hazırki dövrdə bupeşə bizə daha çox lazımdır, xüsusən də dahi şairin 880illik yubileyinə hazırlıq dövründə bu mövzu daha çoxaktuallıq kəsb edir. Müəlliflər məqalədə ümumtəhsilməktəblərində “Nitq mədəniyyəti” fənninin tədris edilməsizərurətini vurğulayır, bu işdə Azərbaycan dili və ədəbiyyatmüəllimlərinin rolunun vacibliyini diqqətə çatdırırlar.
AÇAR SÖZLƏR
nitq mədəniyyəti, natiqlik sənəti, bədii oxu, nitq inkişafı, təfəkkür inkişafı, filoloji tələblər