TƏRƏFDAŞLAR


Məqalələr

Anarın “Keçən ilin son gecəsi’’ əsərinin təhlili üzrə dərsin təşkili xüsusiyyətləri

Zibeydə Səfərli
DOI: https://dx.doi.org/10.48445/n8344-0393-2847-n
ORCID ID: https://orcid.org/0000-0003-1990-7967
Tarix: 29 İyul 2022


XÜLASƏ 

IX sinfin ədəbiyyat dərsində “Keçən ilin son gecəsi” dramının təhlili üzrə işdə şagirdlərin fəal iştirakı ilə pyesin obrazlar sistemi, mövzu, ideya və problematikası müzakirə olunur. Təcrübə göstərir ki, qarşıya qoyulan təlim məqsədlərinə çatmaq üçün bir dramaturq kimi Anarın yaradıcılığında həm mənəvi-əxlaqi məsələlər, həm də həyat həqiqətləri hər zaman diqqət mərkəzində saxlanılır. Əsərin təhlili üzrə dərs şagirdlərin idraki fəallığının davamlılığının saxlanılması zəruriliyini başlıca amil kimi qarşıya qoyur. Bu da interaktiv təlim zamanı problemli vəziyyətin yaradılması, dialoq və əməkdaşlığın zəruriliyi, müəllimin bələdçilik, şagirdin tədqiqatçılıq fəaliyyəti, müəllim-şagird münasibətlərində psixoloji dəstəyin, hörmət və etibarın qorunub saxlanması şəraitində öz təsdiqini tapır. Araşdırma göstərir ki, dramatik əsərin təhlilinə, ilk növbədə növ və janr xüsusiyyətlərinin öyrənilməsindən başlanılmalıdır. Bu, təlim prosesində müəllimin bir sıra çətinliklərin qarşısını almasında mühüm əhəmiyyət kəsb edir. 


AÇAR SÖZLƏR 

dramatik əsər, dərs, dramaturgiya, müəllim,  şagird  

Məqaləni yüklə

İNDEKSLƏMƏ