Nəsirəddin Tusinin multikultural görüşləri
Nübar BayramovaDOI: doi.org/10.48445/d4614-2993-5222-e
ORCID ID: https://orcid.org/0000-0001-6298-9617
Tarix: 25 Yanvar 2024
XÜLASƏ
Azərbaycan tarixən uzun və keşməkeşli inkişaf yolu keçmiş, tərkibi dini, milli və etnik azlıqlarla zənginləşərək çoxmillətli bir diyara çevrilmişdir. Müxtəlif konfessiyaların, etnik və milli azlıqların arasında bərqərar olmuş qarşılıqlı tolerant münasibətlər onlara bu torpaqlarda özlərini güvənli və rahat hiss etmələrinə, fərqli mədəniyyətlərə malik olmalarına baxmayaraq sıxılmadan birlikdə yaşamalarına, ana dillərində rahat şəkildə təhsil almalarına, iman gətirdikləri dinlərə sitayiş etmələrinə şərait yaratmışdır. Ölkəmizdə etnik, dini və mədəni müxtəlifliklərin düzgün tənzimlənməsi istiqamətində aparılan siyasət Azərbaycanı bütün dünyada multikultural və tolerant bir dövlət kimi tanıtmışdır. Bu dəyərlərin bugünkü qibtə olunacaq səviyyədə olması heç də təsadüfi deyildir. Tarixi araşdırmalar onun sütununun məhz ədəbiyyatımızın, publisistikamızın, ümumilikdə ictimai fikir tariximizin mütəfəkkirləri olduğunu təsdiq edir. Onların yaratdığı əsərlərdə multikultural əhvali-ruhiyyə və tolerant münasibətlərin təsvirini görürük.
AÇAR SÖZLƏR
multikulturalizm, tolerantlıq, alim, rəsədxana, ədalət, bərabərlik