TƏRƏFDAŞLAR


Məqalələr

Multikulturalizm Azərbaycan cəmiyyətinin həyat tərzidir

Ədalət Abbasov, Həmzə Əliyev
DOI: doi.org/10.48445/b5054-5056-1660-n
ORCID ID: https://orcid.org/0000-0002-9704-1874; https://orcid.org/0000-0003-2344-8388
Tarix: 25 Yanvar 2024

XÜLASƏ 

Məlum olduğu kimi “multikulturalizm” məfhumu “multi” və “kultura” (latın dilindən tərcümədə çox əhəmiyyətlilik deməkdir) sözlərinin birləşməsindən əmələ gəlmişdir. Multikulturalizmin sosial hadisə kimi təqdim edilməsi onun cəmiyyətin məhsulu olaraq ictimai inkişafın müəyyən mərhələsində, eləcə də cəmiyyətdə cərəyan edən bu və ya digər hadisələrin təsiri altında meydana gəlməsini göstərir. Onun cəmiyyətdə inkişafının sonrakı mərhələsi xalqların həyat tərzinə çevrilməsi ilə bağlıdır. Multikulturalizm Azərbaycanda əsrlərdən bəri formalaşan, eyni zamanda ictimai-bədii, psixoloji-mənəvi müstəvidən kənara çıxmayan dəyərlər toplusu kimi, xüsusilə sovet ideologiyasının hökmran olduğu dövrdə kifayət qədər sistemsiz və spontan mahiyyətə malik idi. Ölkəmizdə multikulturalizmin dövlət siyasətinin tərkib hissəsi kimi sistemə salınması və konstitusiyamızın ayrı-ayrı maddələrində ondan bəhs edilməsi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Həmin siyasət bu gün Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 


AÇAR SÖZLƏR 

ictimai inkişaf, tolerantlıq, çoxmədəniyyətlilik, etnokulturoloji göstərici, multikultural  dəyərlər 


 

Məqaləni yüklə

İNDEKSLƏMƏ