TƏRƏFDAŞLAR


Məqalələr

Mirzə Fətəli Axundzadənin maarifçilik ideyaları

Pərixanım Soltanqızı (Hüseynova)
DOI: doi.org/10.48445/u8831-1305-7050-o
ORCID ID: https//orcid.org/0000-0001-9391-6162
Tarix: 28 Noyabr 2024

XÜLASƏ  

Məqalədə Mirzə Fətəli Axundzadənin maarifçilik ideyaları araşdırılır. Bu məqsədlə ədibin bədii yaradıcılığı tədqiqatın əsas obyektinə çevrilir, şeirlərinin poetik xüsusiyyətlərinə elmi nəzər salınır, həmçinin poeziyada məzmun və formanın vəhdətdə olması fikrinə elmi münasibət bildirilir. Tədqiqatçı “Aldanmış kəvakib” və digər əsərlərində ədibin maarifçi realist baxışlarını araşdırır, dünyagörüşündəki ziddiyyətlərə diqqəti cəlb edir, əsərlərini mövzu və ideya baxımından şərh edərək obrazları elmi təhlilə çəkir. Tədqiqat işində Azərbaycan dramaturgiyasının yaradıcısı kimi diqqət önünə çəkilərək, ədibin Azərbaycan ədəbiyyatı tarixində və inkişafında kıxidmətləri yüksək dəyərləndirilir, komediyaları elmi cəhətdən tədqiq edilir. Ədibin yaşadığı dövrlə bağlı feodal-patriarxal eybəcərliklərin komediyalarında təsviri, onlara tənqidi münasibəti, köhnəliklə yeniliyin mübarizəsi, həmçinin maarifçilik ideyalarının təbliği araşdırılır, tədqiqatçının bütün bu məsələlərə elmi münasibəti bildirilir. Müəllif rəy və mülahizələrini sitatlar üzərində aparır, polemikaya yer ayırır. 


AÇAR SÖZLƏR 

nəsr, dramaturgiya, komediya, humanizm, maarifçilik, mövzu, ideya 


 



 


  


 

Məqaləni yüklə

İNDEKSLƏMƏ