TƏRƏFDAŞLAR


Məqalələr

Azərbaycan dili dərslərində oxu vərdişlərinin inkişaf etdirilməsi

Fəridə Səfərəliyeva
DOI: doi.org/10.48445/g2841-3586-3910-n
ORCID ID: https://orcid.org/0000-0003-1161-5759
Tarix: 28 Noyabr 2024

XÜLASƏ 

İbtidai siniflərdə Azərbaycan dilinin tədrisi metodikasının hazırlanması böyük aktuallıq kəsb edir. Məlumdur ki, dil bir sistemdir, onda ardıcıl, həmcins və ümumiləşdirici qayda-qanunlar mövcuddur. Məktəbdə kiçik yaşlı şagirdlərə Azərbaycan dilinin müxtəlif sahələri (leksikologiya, fonetika, orfoepiya, orfoqrafiya, morfologiya, sintaksis, üslubiyyat...) üzrə sadə nəzəri və praktik bilik, bacarıq və vərdişlər aşılamaq, yazılı və şifahi nitqin, həmçinin təfəkkürün inkişafını təmin etmək, dilə həssas münasibət formalaşdırmaq, onları yuxarı siniflərdə sistematik kursu öyrənməyə hazırlamaq və s. kimi işlər aparılır. Buna uyğun olaraq, ibtidai siniflərdə Azərbaycan dilinin tədrisi metodikası elminin məqsədi həmin fənn üzrə kursda şagirdlərə veriləcək bilik, bacarıq və vərdişlərin sərhədini, həcmini və məzmununu hazırlamaq, bu sahədə aparılacaq işlərin səmərəli vasitə və yollarını araşdırmaq, metodik sistemini təşkil etməkdir. 


AÇAR SÖZLƏR 

dil qaydaları, orfoepiya, yazılı nitq, oxu 


 

Məqaləni yüklə

İNDEKSLƏMƏ