TƏRƏFDAŞLAR


Məqalələr

İmadəddin Nəsiminin dilində işlək olan bəzi şəkilçilərin müasir ədəbi dilimizdə istifadə imkanları

Rəhilə Hümmətova
DOI: doi.org/10.48445/o8447-5018-0019-d
ORCID ID: https://orcid.org /0000 -0003-2521-6361
Tarix: 28 Noyabr 2024

XÜLASƏ 

Dilimizin uzun əsrlərdən bəri keçib gəldiyi tarixi inkişaf prosesinin öyrənilməsi onun leksik tərkibində və qrammatik quruluşunda baş verən dəyişiklikləri müəyyən etmədən, tədqiq olunan tarixi dövr üçün səciyyəvi olan dil vahidlərinin istər fonetik, istər leksik, istərsə də qrammatik xüsusiyyətlərini linqvistik müstəvidə təhlil süzgəcindən keçirmədən mümkün deyildir. Xüsusilə onun lüğət tərkibini və qrammatik quruluşunu dərindən tədqiq etmək gərəkdir. Çünki dil iki mühüm nəhəngin – lüğət tərkibi və qrammatik quruluşun üzərində dayanır. İmadəddin Nəsimi poeziyasının dili üzərində diaxronik aspektdə aparılan tədqiqatdan məlum olur ki, şairin bədii dilində işlək olan qrammatik şəkilçilərin bəziləri tamamilə arxaikləşmiş, bəziləri fonetik tərkibcə müəyyən dəyişikliyə uğramış, bəziləri isə regional müstəvidə izlərini qoruyub-saxlamışdır (-ğıl, -gil; -durur, -dürür; -ibani, -ıban, -ubanu, -übanü; -alım, -əlim; -cəgin, -cəgiz, -cağız; -ayım, -əyim və s.).  


 AÇAR SÖZLƏR 

İmadəddin Nəsimi, arxaikləşmə, qrammatik  formalar, müasir dil baxımından arxaikləşən  morfemlər 

Məqaləni yüklə

İNDEKSLƏMƏ