TƏRƏFDAŞLAR


Məqalələr

Söz-cümlənin sintaktik-semantik xüsusiyyətləri

Ədalət Abbasov / Həmzə Əliyev
DOI: doi.org/10.48445/l2382-7655-4057-c
ORCID ID: https://orcid.org/0000-0002-9704-1874 / https://orcid.org/0000-0003-2344-8388
Tarix: 28 Noyabr 2024

XÜLASƏ 

Heç bir daxili üzv əsasında formalaşmayan, izahedici, aydınlaşdırıcı sözlər vasitəsilə genişləndirilməyən, üzvlənməyən (üzvlərinə ayrılmayan) sözdən və söz birləşmələrindən ibarət cümləyə söz-cümlə deyilir. Söz-cümlənin semantik məzmunu subyektin obyektə münasibətinin müxtəlifliyi baxımından rəngarəngdir. Emosional-qiymətləndirici söz-cümlə – danışanın ifadə olunan fikrə, şəraitə, hadisə və predmetlərə münasibətini əks etdirir. İnkar söz-cümlə – ya verilən suala inkari cavab kimi işlənən, ya da başqasının fikrinə etiraz münasibətinin təzahürü olaraq ifadə edilən söz-cümləyə deyilir. Sual söz-cümlə – müsahibin fikrinə modal qiymətvermə məqamında işlənib, təsdiq və inkar bildirən “hə”, “yox” ədatları və ya “heç”, “yaxşı”, “belə”, “elə” və s. sözlərlə ifadə edilir. Beləliklə, aydın olur ki, söz-cümlənin sintaktik-semantik tiplərinin zənginliyi əsasən subyektin obyektiv gerçəkliyə münasibətinin məzmunundan asılıdır. 


AÇAR SÖZLƏR 

izahedici sözlər, semantik məzmun,emosional-qiymətləndirici söz-cümlə, stilistik məqam, semantik rəngarənglik 

Məqaləni yüklə

İNDEKSLƏMƏ