Azərbaycan dili fonetikasının tədrisinin ümumi metodik prinsipləri
Leyla NəcəfovaDOI: https://doi.org/10.48445/x7649-8433-4913-s
ORCID ID: https://orcid.org/0009-0007-2414-0664
Tarix: 10 Mart 2025
XÜLASƏ
Məlum
olduğu kimi, ədəbi dil normallaşdırılmış dil olduğundan, onun həm yazılı, həm də
şifahi növlərində müəyyən qaydalardan, normalardan istifadə olunur. Orfoqrafiya
dilin istər saflığı, istərsə də inkişafı üçün əvəzolunmaz bir vasitədir.
Dilimizin tarixinə nəzər saldıqda məlum olur ki, orfoqrafiya müxtəlif səbəblərdən
dəfələrlə dəyişikliyə məruz qalmış, əsaslı təkmilləşmə prosesi keçmişdir. Tarix
boyunca xalqımız müəyyən dövrlərdə ərəb, rus və latın əlifbalarından istifadə
etmişdir. Təbii ki, qəbul edilmiş vahid və düzgün orfoqrafiya qaydaları yazının
imkanlarını artırmaqla yanaşı, həm də onu sabitləşdirir və beləliklə, yazı və ədəbi
dil inkişaf edir. Qeyd etməliyik ki, fonetikanın tədrisində başlıca məqsəd
düzgün yazı qaydalarına söykənən savadlı yazını təmin etmək və bununla yanaşı, ədəbi
tələffüz normalarına tabe olan nitq inkişafına nail olmaqdır. Azərbaycan dili
müəllimləri orfoqrafiya və orfoepiya təlimində öyrədilməsi vacib olan məsələləri
müasir təlim metodları vasitəsilə şagirdlərə təqdim edərək, onların marağını cəlb
etməklə yanaşı, əldə etdikləri biliklərin şüurlu şəkildə mənimsənilməsinə şərait
yaradırlar.
AÇAR SÖZLƏR
ədəbi
dil, orfoqrafik qayda, fonetik prinsip, ədəbi tələffüz, morfoloji prinsip,
tarixi-ənənəvi prinsip, orfoqrafiya və orfoepiya təlimi, nitq inkişafı, dərketmə
prosesi