TƏRƏFDAŞLAR


Məqalələr

İbtidai siniflərdə orfoepik qaydaların formalaşdırılması

Mətanət Mehdiyeva
DOI: https://doi.org/10.48445/x0339-8797-3831-n
ORCID ID: https://orcid.org/0009-0005-0068-4590
Tarix: 24 Noyabr 2025

XÜLASƏ 

Azərbaycan dilinin lüğət tərkibi daim inkişaf edir. Dilimizə daxil olan yeni söz və ifadələrin leksik mənaları, yazılışı və tələffüzü kimi məsələlər hər zaman aktuallıq kəsb edir. İbtidai sinif dərsliklərinə nəzər saldıqda, yeni söz və ifadələrin "Söz boğçası", "Bunları bilməliyik" və digər rubrikalarda yer aldığının şahidi oluruq. Lakin bəzi çatışmazlıqları da diqqətdən qaçırmaq olmaz. Şagirdlərin şifahi və yazılı nitqini inkişaf etdirmək üçün orfoqrafiya və orfoepiyanın inteqrativ şəkildə tədris olunması vacibdir. Bu inteqrasiya I–XI sinifləri əhatə etməli, müəllim isə düzgün strategiyalardan istifadə etməklə şagirdlərin nitqinin inkişafına təsir göstərməlidir. Bunun üçün müəllim yeni orfoqrafik və orfoepik normalardan xəbərdar olmalıdır, çünki kiçik bir səhv belə şagirdlərin nitqinə mənfi təsir göstərə bilər. Normalara düzgün əməl etmək bu baxımdan əhəmiyyətlidir. Bugünkü dərsliklərdə tələffüzlə bağlı məlumatlar qənaətbəxş deyil. Bu məsələdə ibtidai sinif müəllimlərinin üzərinə daha böyük məsuliyyət düşür. Müəllimlər fərdi hazırladıqları materiallara istinad etməli, maraqlı söz oyunları, lüğət üzrə işlər, müxtəlif yazı işləri təşkil etməli və şagirdləri daim axtarışa sövq etməlidirlər. Eyni zamanda müəllimlər şagirdlərin tədqiqatçı kimi yetişmələrinə dəstək olmalıdırlar. Bu gün hər kəs yeni qaydalara əsaslanan orfoepiya lüğətinin hazırlanıb istifadəyə verilməsini səbirsizliklə gözləyir. Ümid edirik ki, bu lüğət tezliklə işıq üzü görəcək və ondan istifadə edənlərin sayı artacaqdır. 


AÇAR SÖZLƏR 

dil qaydaları, orfoepiya, orfoqrafiya, tələffüz 


 

Məqaləni yüklə

İNDEKSLƏMƏ