TƏRƏFDAŞLAR


Məqalələr

Mahirə Nağıqızı poeziyası ədəbi düşüncə müstəvisində

Günel Hümmətova (Pəniyeva)
DOI: https://doi.org/10.48445/n6596-3416-1179-d
ORCID ID: https://orcid.org/0000-0002-8916-3484
Tarix: 24 Noyabr 2025

XÜLASƏ 

Məqalədə müasir Azərbaycan poeziyasında, ədəbiyyatında və elmində mühüm rolu olan dəyərli alim, Əməkdar müəllim, professor Mahirə Nağıqızının yaradacılığının bir hissəsi araşdırılaraq tədqiqat obyektinə çevrilmişdir. Mövzunun aktuallığı müasir dövrün milli mənəviyyatına və elminə böyük təsir göstərən şairin poeziyasındakı əsas mövzuların, xüsusilə bayatı və şeirlərindəki vətənpərvərlik hisslərinin təhlili ilə müəyyən edilir. Məqalənin elmi yeniliyi ondan ibarətdir ki, II Qarabağ müharibəsinə həsr olunmuş “Salam olsun” adlı vətənpərvərlik mövzusunda yazılmış kitabdakı seçmə şeirlərin mətni təhlil əsasında açılır və müəllifin hissləri ilə yanaşı, sənətkarlıq imkanlarının bayatılarda necə təcəssüm etdiyi göstərilir. Şairin poeziyasını əhatə edən ümumi mənzərəni yaratmaq, bayatıların mövzu dairəsini müəyyənləşdirmək tədqiqatın əsas istiqamətini təşkil edir. Məqalənin əsas məqsədləri aşağıdakılardır: 

  1. Vətən mövzusuna həsr olunmuş bayatıların nümunələr əsasında təhlili; 
  2. Nazlı ananın dili ilə Qərbi Azərbaycan mövzusunu və şairin şəxsi hisslərini əks etdirən bayatıların müəyyənləşdirilməsi; 
  3. Ana mövzusu və qohumluq duyğularını əks etdirən bayatılara ideya-bədii xüsusiyyətlər baxımından yanaşma; 
  4. Qarabağ mövzusunun şairin poeziyasında yaranma tarixinin müəyyən edilməsi. 


AÇAR SÖZLƏR 

vətən, Mahirə Nağıqızı poeziyası, bayatı 


 

Məqaləni yüklə

İNDEKSLƏMƏ