Bədii ədəbiyyatda təbiət mövzusunun tədrisi: müasir problemlər və yanaşmalar
Ramiz QasımovDOI: https://doi.org/10.48445/e7811-6384-2479-n
ORCID ID: https://orcid.org/0000-0001-9905-4348
Tarix: 24 Noyabr 2025
XÜLASƏ
Məqalədə ədəbiyyatın tədrisi prosesində təbiət mövzusunun müasir tələblər kontekstində öyrənilməsi ilə bağlı aktual problemlər və əsas aspektlər araşdırılmışdır. Mövzunun aktuallığı onunla əsaslandırılır ki, ədəbiyyatın tədrisində təbiət mövzusu uzun bir inkişaf yoluna malik olsa da, bədii faktlardakı gerçək ideyalar və müşahidələr əksər hallarda ideoloji istiqamətin təsiri altında izah olunmuşdur. Halbuki müasir dövrdə baş verən hadisələr onu göstərir ki, ədəbiyyatın tədrisi nə qədər insan şəxsiyyətinin formalaşdırılması baxımından zəruridirsə, təbiətə münasibət məsələsinin də insanın və ümumən varlığın tərkib hissəsi olaraq öyrədilməsi və təlqin edilməsi məsələsi bir o qədər aktual və əhəmiyyətlidir. Tədqiqat zamanı analiz, sintez, müqayisə və digər elmi-metodoloji yanaşmalardan istifadə edilmiş, əsaslı elmi nəticə və qənaətlər əldə olunmuşdur. Məqalədə göstərilir ki, qlobal iqlim dəyişiklikləri, onların doğurduğu fəsadlar və bu problemlərə qarşı birgə mübarizə çağırışları, o cümlədən Azərbaycanda keçirilən COP29 beynəlxalq tədbirinin müəyyən etdiyi hədəflər, ədəbiyyatın tədrisində də yeni məzmun və tələblərin formalaşmasını zəruri edir. Bu baxımdan, bədii ədəbiyyatda təbiət mövzusunun tədrisi müasir standartlara uyğun şəkildə yenidən qurulmalıdır. Nəticə olaraq vurğulanır ki, təbiətə münasibət yalnız onu sevməklə məhdudlaşmamalı, insanın özünü təbiətin bir parçası kimi dərk etməsi, təbiətin taleyini insanın taleyi ilə birgə düşünməsi tədrisin əsas ideyalarından birinə çevrilməlidir.
AÇAR SÖZLƏR
ədəbiyyatın tədrisi, təbiət mövzusu, varlıq harmoniyası, vətəndaşlıq lirikası










































