TƏRƏFDAŞLAR


Məqalələr

Azərbaycan dilində “qara” sifətinin konnotativ mənaları

Aytən Bəylərova
DOI: https://doi.org/10.48445/x1700-5073-8814-y
ORCID ID: https://orcid.org/0000-0002-7515-4229
Tarix: 24 Noyabr 2025

XÜLASƏ 

Məqalədə Azərbaycan dilində “qara” sifətinin həm rəng bildirən leksik mənası, həm də konnotativ  mənaları araşdırılır. Tədqiqatın məqsədi “qara” sifətinin müxtəlif kontekstlərdə ifadə etdiyi konnotasiyaları müəyyənləşdirmək, bu mənaların tarixi, mədəni, ictimai amillərlə əlaqəsini öyrənmək və dil ilə mədəniyyət arasındakı əlaqələri aşkarlamaqdır. Tədqiqat zamanı təsviri və müqayisəli təhlil metodları, eləcə də semantik və kontekstual analiz üsulları tətbiq edilmişdir. Araşdırmanın nəticəsi göstərir ki, “qara” sifəti, əsasən, “zülmət”, “matəm”, “ölüm”, “ağırlıq”, “bədbəxtlik”, “pis sonluq”, “peşmanlıq”, “ümidsizlik”, “günah” kimi anlayışlarla əlaqələndirildiyi üçün mənfi konnotasiyalara malik olsa da, bəzi hallarda “ulu”, “əsas”, “baş”, “böyük”, “güclü” kimi müsbət mənalar da ifadə edə bilər. Məqalədə “qara” sifətinin metaforik və frazeoloji ifadələrdə xüsusi mənalar daşıdığı qeyd edilmiş, bu leksemin müxtəlif mətnlərdə istifadəsi müqayisəli şəkildə araşdırılmış, kontekstdən asılı olaraq fərqli emosional və semantik çalarlar qazandığı göstərilmişdir. “Qara” sifətinin həm əsas, həm də müsbət və mənfi konnotativ mənalarının nümunələr əsasında sistemli şəkildə təsvir və təhlil olunması tədqiqatın elmi yeniliyini, konnotativ mənaların izahının tərcümə işlərində, leksik-semantik təhlillərdə, dilin mədəni aspektlərinin öyrənilməsində və frazeoloji tədqiqatlarda faydalı ola bilməsi isə araşdırmanın praktik əhəmiyyətini təşkil edir. 


AÇAR SÖZLƏR 

Azərbaycan dili, rəng, sifət, qara, konnotasiya, assosiasiya 

 

Məqaləni yüklə

İNDEKSLƏMƏ