Bədii mətnlər şagirdlərin mənəvi inkişafında əsas amil kimi
Könül MəmmədovaDOI: https://doi.org/10.48445/s9624-7775-1566-n
ORCID ID: https://orcid.org/0000-0001-8664-4912
Tarix: 24 Noyabr 2025
XÜLASƏ
Məqalədə ibtidai sinif şagirdlərinin intellektual-mənəvi inkişafında bədii mətnlərin əsas rolundan bəhs olunur. Qeyd etmək lazımdır ki, böyüməkdə olan nəslin nitq mədəniyyətinin formalaşmasında, intellektual-mənəvi inkişafında bədii ədəbiyyatın mühüm rolu vardır. Bədii ədəbiyyat güclü təlim-tərbiyə vasitəsi olaraq nitq inkişafının əsasını təşkil edir. İbtidai sinif şagirdlərində əxlaqi vərdişlərin formalaşmasında, zəhmətə, biliyə və elmə həvəs yaradılmasında mühüm əhəmiyyət kəsb edən bədii ədəbiyyat nitq inkişafı üçün də əvəzsiz rol oynayır. Odur şair və yazıçıların bədii dili kiçikyaşlı məktəblilərin nitq inkişafı üçün qida mənbəyi hesab edilir. Şagird ana dilində yazılmış bədii əsərləri oxuyub öyrənməklə zehnini yeni fikir, ideya, məfhum təsəvvür və surətlərlə zənginləşdirir. Bədii mətnlər isə öz növbəsində nitq inkişafı üzrə aparılan işin metodik baxımdan daha səmərəli və keyfiyyətli qurulmasına imkan yaradır. Bədii mətnlər ibtidai sinif şagirdlərinin yaddaşını və düşünmə qabiliyyətini inkişaf etdirir, həmçinin hadisələrdən nəticə çıxarma, ümumiləşdirmə, yekunlaşdırma, fərqləndirmə və digər idrak bacarıqlarını gücləndirir.
AÇAR SÖZLƏR
bədii mətn, rabitəli nitq, məntiqi tapşırıq, nitq inkişafı, təfəkkür










































