TƏRƏFDAŞLAR


Məqalələr

Müstəqil Azərbaycanda dil situasiyası

Cahid Kazımov
DOI: https://doi.org/10.48445/r0023-8566-7085-f
ORCID ID: https://orcid.org/0009-0002-9317-0115
Tarix: 24 Noyabr 2025

XÜLASƏ 

Məqalənin məqsədi həm ölkə daxilində, həm də xaricdə Azərbaycan dilinin işləkliyinin səviyyəsini müəyyənləşdirməkdir. Tədqiqat zamanı təsviri və müqayisəli metodlardan istifadə olunmuşdur. Əldə edilən əsas elmi-nəzəri nəticələr dil situasiyasının müxtəlif tipləri ilə bağlıdır. Məqalənin elmi yeniliyi dil situasiyasının bütün parametrlərini əhatə etməsi ilə səciyyələnir. Tədqiqatın başlıca nəticəsi ondan ibarətdir ki, dil situasiyasına müasir yanaşma dil normalarının seçilməsi, standartlaşdırılması və dilin modernləşdirilməsi ilə birbaşa əlaqəlidir. Məqalənin praktik əhəmiyyəti ali məktəblərdə sosiologiya və sosiolinqvistika fənlərinin tədrisində öz əksini tapır. 


AÇAR SÖZLƏR 

sosiologiya, sosiolinqvistika, müstəqil Azərbaycan, dil situasiyası, dil siyasəti 


 

Məqaləni yüklə

İNDEKSLƏMƏ