TƏRƏFDAŞLAR


Məqalələr

Ədəbiyyat dərslərində klassik əsərlərin təhlilinin sufizm və hürufizm ideyaları ilə əlaqələndirilməsinə dair

Bilal Həsənli
DOI: https://doi.org/10.48445/z6396-2913-2024-n
ORCID ID: https://orcid.org/0000-0002-6964-0546
Tarix: 24 Noyabr 2025

XÜLASƏ 

Tədqiqatlar göstərir ki, təlim prosesində sufizm və hürufizm haqqında biliklərə yiyələnmədən, bu dini-fəlsəfi baxışlar sisteminin mahiyyətini anlamadan məktəblilərin klassik ədəbiyyatımızın bir çox görkəmli nümayəndələrinin bədii irsini dərindən mənimsəməsi mümkün deyildir. Yuxarı siniflər üçün müasir ədəbiyyat dərslikləri və metodik vəsaitlərdə bu məsələlərin yetərincə işıqlandırılmaması ciddi təlim problemi olaraq qalmaqdadır. Məktəb təcrübəsi göstərir ki, bir sıra hallarda şagirdlər həmin təriqətlərin bir-birindən fərqini müəyyənləşdirməkdə və nəticə etibarilə, öyrənilən əsərin ideya-məzmununu, bədii sənətkarlıq xüsusiyyətlərini qavramaqda çətinlik çəkirlər. Ümumtəhsil məktəblərinin X sinfində XIII–XVI əsrlər ədəbiyyatının tədrisi zamanı şagirdlərə sufizm və hürufizm təriqətlərinin mahiyyətinin, fərqli cəhətlərinin, bədii söz sənəti ilə əlaqəsinin aydınlaşdırılması zəruridir. 


AÇAR SÖZLƏR 

sufizm, hürufizm, panteizm, ədəbiyyat, təriqət  


 

Məqaləni yüklə

İNDEKSLƏMƏ