Azərbaycan dilində mənası dəyişən sözlər
Sədaqət HəsənovaDOI: https://doi.org/10.48445/d8297-7158-0683-q
ORCID ID: https://orcid.org/0009-0002-9996-6229
Tarix: 24 Noyabr 2025
XÜLASƏ
Dil cəmiyyət daxilində sosial, mədəni və texnoloji dəyişiklikləri əks etdirən, daim inkişafda olan dinamik sistemdir. Dilin əsas vahidlərindən olan sözlər zamanla müxtəlif amillərin – mədəni və texnoloji inkişafın, eləcə də tarixi hadisələrin təsiri ilə məna dəyişikliyinə məruz qala bilir. Məqalədə dilin semantik dəyişiklik prosesi araşdırılır, zamanla mənası dəyişilmiş bəzi sözlər tədqiq edilir. Belə sözləri təhlil etməklə məqalədə semantik dəyişikliyin yaranma səbəbləri, baş verən dəyişikliklərin dil, ünsiyyət və cəmiyyət üzərindəki təsirləri haqqında ümumi anlayış formalaşdırılır. Mənası dəyişən sözlər dilin xüsusiyyətlərindən biri olaraq, inkişafı və təfəkkür müxtəlifliyini əks etdirərək dilin sosial, mədəni və elmi dəyişikliklərlə necə uyğunlaşdığını göstərir. Bunlar zamanla dəyişən, yeni məna qatları qazanan və ya müxtəlif kontekstlərdə fərqli anlamlar ifadə edən sözlərdir. Məlumdur ki, dil zamanla insanların ünsiyyət ehtiyaclarına uyğun olaraq inkişaf edir. Sözlərin mənaları sosial, mədəni və tarixi təsirlər nəticəsində dəyişə, yeni mənalar qazana və ya əvvəlki mənalar sıradan çıxaraq passivləşə bilər. Bu cür sözlər müxtəlif mətnlərin tərkibində qalaraq dilin ünsiyyət vasitəsi kimi effektivliyini artırır. İnsanlar dil vasitəsilə müxtəlif anlam və kontekstlər üzərindən fikirlərini ifadə edirlər. Bu prosesdə mənası dəyişən sözlər mühüm rol oynayır, çünki onlar müəyyən bir dövrün, mühitin və ya cəmiyyətin özəlliklərini özündə əks etdirə bilir. Dilin sosial dəyişiklikləri əks etdirdiyini anlamaq üçün semantik dəyişikliyə məruz qalan sözlərin araşdırılması xüsusi əhəmiyyət daşıyır. daşıyır.
AÇAR SÖZLƏR
dil, söz, dəyişmə, poeziya, inkişaf










































