TƏRƏFDAŞLAR


Məqalələr

“Sifət” bəhsinin tədrisi problemi

Nabat Cəfərova
DOI: https://doi.org/10.48445/q3732-8113-0512-m
ORCID ID: https://orcid.org/0000-0003-0684-9374
Tarix: 24 Noyabr 2025

XÜLASƏ 

Məqalədə “Sifət” bəhsi üzrə biliklərin mənimsədilməsi, sifətin əsas nitq hissəsi kimi tədrisi metodikası və onun nitq inkişafında, nitq mədəniyyətinin formalaşdırılmasında mühüm rolundan bəhs edilmişdir. Eyni zamanda sifətin əsas nitq hissəsi kimi üstün cəhətləri, leksik-qrammatik vasitələr və fəndaxili əlaqələr kontekstində dilin lüğət tərkibinin sifətlər hesabına zənginləşməsi, ifadəli oxu və cümlə qurmaq vərdişlərinin yaranmasındakı rolu araşdırılmışdır. Sifətin tədrisi dildə və ya nitqdə sinonimik yanaşmaya bir qapı, bir üsul və ya metodik vasitədir ki, bunu müəllimlər öz fəaliyyətlərində mütləq tətbiq etməlidirlər. Bu zaman üç əsas tələbə diqqət yetirilməlidir: şagirdlər məsələyə şüurlu yanaşmalı, sifətə dair qayda və təriflərin məzmununu düzgün dərk etməli, mənimsənilən bilikləri möhkəm yadda saxlamalı və öyrəndiklərini şifahi və yazılı nitqlərində tətbiq etməyi bacarmalıdırlar. Sifətin tədrisi problemi dedikdə, tərif və qaydaların mexaniki şəkildə əzbərlədilməsi qəbuledilməz hesab olunmalıdır. Buna görə də Azərbaycan dili təlimində sifətin tədrisinə şagirdlərin nitq inkişafını, nitq mədəniyyətini formalaşdıran bir vasitə kimi yanaşılmalı və bu məsələyə ibtidai siniflərdən etibarən ciddi şəkildə diqqət yetirilməlidir. 


AÇAR SÖZLƏR 

sifət, tədris, problem, nitq mədəniyyəti 


 

Məqaləni yüklə

İNDEKSLƏMƏ