Cümlə konstruksiyalarının mətnlərdə tədrisinin proqram və elmi-metodik ədəbiyyatda qoyuluşu məsələsi
Sənan FərmanlıDOI: https://doi.org/10.48445/q7293-8047-4094-v
ORCID ID: https://orcid.org/0009-0006-0287-060X
Tarix: 13 Aprel 2026
XÜLASƏ
Sadə və mürəkkəb cümlələr sintaksisin ən mühüm
vahidləridir. Ümumiyyətlə, dil sistemli bir quruluşa malik olub fonem, morfem,
söz birləşməsi, cümlə və mətn kimi vahidlərdən təşkil olunur. Bu sistemdə
kommunikativ funksiyadan kənarda qalan kateqoriya, yəni ünsiyyətdən ayrı bir
anlayış mövcud deyil. Dil vahidləri arasında aparıcı mövqeyə malik olan söz
birləşməsi və cümlə sintaksisin əsas obyektini təşkil edir. Sintaksisin ikinci əsas
predmeti olan cümlə isə mətn istisna olmaqla, dilin ən mənalı və dolğun
vahididir. Cümlənin öyrədilməsi dil tədrisinin ən mühüm istiqamətlərindən biri
hesab olunur. Məlumdur ki, orta məktəb dərsliklərində bütün tədris prosesi əsasən
mətn üzərində qurulur. Bu baxımdan, cümlə haqqında biliklərin öyrədilməsi bir tərəfdən
şagirdlərin sintaktik mövzuları daha dərindən mənimsəməsinə, digər tərəfdən isə
onların ardıcıl və məntiqi nitq vərdişlərinin formalaşmasına mühüm təsir göstərir.
Sadə və mürəkkəb cümlələrin struktur-semantik xüsusiyyətlərinin mətn vasitəsilə
öyrədilməsi isə bu məsələnin kurikulumda və elmi-metodiki ədəbiyyatda sistemli
şəkildə tədqiqini və nəzəri əsaslandırılmasını zəruri edir.
AÇAR SÖZLƏR
sistemli quruluş, elmi-metodik ədəbiyyat, cümlə
quruculuğu, linqvistik vahid, kommunikativ funksiya










































