Seyfəddin Dağlının satirik hekayələri
Arzu BaxışlıDOI: https://doi.org/10.48445/a4600-7331-9531-c
ORCID ID: https://orcid.org/0009-0005-5656-6796
Tarix: 13 Aprel 2026
XÜLASƏ
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən
biri olan Seyfəddin Dağlının yaradıcılığı çoxşaxəli və zəngindir. Onun ədəbi fəaliyyəti
Azərbaycan ədəbiyyatının inkişafına və zənginləşməsinə mühüm töhfələr
vermişdir. Məqalədə çoxsaylı felyeton, hekayə, novella, miniatür, ballada,
komediya və roman müəllifi olan Seyfəddin Dağlının satirik hekayə ustası kimi fəaliyyəti
işıqlandırılır. İti qələmi ilə seçilən bu satirik yazıçı Azərbaycan ədəbiyyatının
inkişafında mühüm rol oynamışdır. Onun tənqid və satirasının hədəfi müasir cəmiyyətin
sosial-mənəvi çatışmazlıqları olmuşdur. Dərin müşahidə qabiliyyətinə malik olan
yazıçı satirik hekayələrində aydın və sadə dil vasitəsilə mənfi tipləri gülüş
obyektinə çevirərək onları islah etməyə çalışmışdır.
AÇAR SÖZLƏR
satira, hekayə, tənqid, hədəf, cəmiyyət










































