Əsas nitq hissələrinin tədrisində interaktiv təlim metodlarının tətbiqi
Svetlana BalakişiyevaDOI: https://doi.org/10.48445/b9216-9017-1068-l
ORCID ID: https://orcid.org/0000-0003-4886-8856
Tarix: 13 Aprel 2026
XÜLASƏ
Ümumtəhsil məktəblərinin yuxarı siniflərində tədris
edilən Azərbaycan dili fənni digər fənlərlə müqayisədə xüsusi əhəmiyyətə
malikdir. Ana dilini yetərincə bilməyən şagird digər fənləri də mükəmməl səviyyədə
mənimsəyə bilməz. Azərbaycan dili fənn proqramında əsas nitq hissələrinin tədrisinə
xüsusi diqqət yetirilir. Belə ki, morfologiya bölməsinə daxil olan və dilin əsas
dayaqlarını təşkil edən əsas nitq hissələrinin fəal-interaktiv metodlarla təşkili
müasir dərslərdə tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Tədqiqat
işinin məqsədi orta məktəb Azərbaycan dili fənn proqramında əsas nitq hissələrinə
dair mübahisəli və mühüm morfoloji anlayışların müasir təlim üsulları vasitəsilə
effektiv tədrisini araşdırmaq, mövcud elmi və metodik mənbələri təhlil etmək, həmçinin
bu mövzuların kurikulum əsaslı müasir və ənənəvi dərs modelləri arasındakı fərqli
cəhətlərini müqayisə edərək əsaslandırılmış nəticələr əldə etməkdir.
AÇAR
SÖZLƏR
interaktiv metod, əsas nitq hissələri, tədris,
debat, 5E modeli










































