TƏRƏFDAŞLAR


Məqalələr

Nağılların kiçik yaşlı məktəblilərin nitqinin inkişafına psixoloji təsiri

Gülnarə Əlixanova
DOI: https://doi.org/10.48445/t2789-7729-9000-u
ORCID ID: https://orcid.org/0000-0002-5241-0250
Tarix: 13 Aprel 2026

XÜLASƏ

Nitq şəxsiyyətin inkişafının ən vacib və mürəkkəb komponentlərindən biridir. İbtidai sinif şagirdlərində nitqin inkişafı onların təhsilində, sosial adaptasiyasında və psixi inkişafında əsas rol oynayır. Bu proses şagirdlərə nitq bacarıqlarını inkişaf etdirmək, qarşılıqlı ünsiyyət qurmaq və öz fikirlərini ətrafdakılara aydın şəkildə ifadə etmək imkanı yaradır. Bu baxımdan uşaqların nitqinin inkişafında nağıllar mühüm əhəmiyyət kəsb edir. Nağılı dinləyərkən oxucu və dinləyici arasında qarşılıqlı kommunikasiya yaranır, uşağın zehni fəaliyyəti tam şəkildə aktivləşir. Oxuduğu və ya dinlədiyi nağıllardakı obrazlar haqqında təsəvvür formalaşdıran şagird hadisələri izləyərkən yaxşını pisdən, doğrunu yanlışdan ayırmağı öyrənir. Nağıllar uşaqların sosial, mədəni və psixoloji inkişafına müsbət təsir göstərən, onların xəyal dünyasına yol açan və hər zaman yaxşı əməllərin qalib gəldiyi hekayələrdir. Məlumdur ki, müxtəlif xalqların nağıllarında oxşar motivlərə tez-tez rast gəlinir. Lakin hər xalqın özünəməxsus milli xüsusiyyətləri bu nağıllarda xüsusi yer tutur və bunun sayəsində uşaqlar öz milli-etnik irsləri ilə yaxından tanış olurlar. Deməli, nağıllar kiçik yaşlı məktəblilərə milli-mədəni köklərini dərk etməyə və bu dəyərlərə əsaslanaraq həyat yolunu davam etdirməyə imkan verir. Buna görə də uşaqları bu zəruri təcrübədən yararlanmağa təşviq etmək son dərəcə vacibdir. Zaman keçdikcə nağılların insan həyatının ayrılmaz hissəsi olduğu dövr arxada qalsa da, onlara maraq çox vaxt dəyişmir. Çünki nağıllar hər dəfə oxunduqda yeni və faydalı fikirlərin kəşf edilməsinə şərait yaradır. Nağıl uşaqlarda inam formalaşdırır, onlara mümkünsüzün də mümkün ola biləcəyini göstərir, bir sözlə, dünyaya fərqli prizmadan baxmağa kömək edir.

 

AÇAR SÖZLƏR

münasibət, nağıl qəhrəmanları, təxəyyül, ünsiyyət, nitqin inkişafı


Məqaləni yüklə

İNDEKSLƏMƏ