TƏRƏFDAŞLAR


Məqalələr

Müasir Azərbaycan dilində köməkçi nitq hissələrinin təsnifi

Elşad Abışov
DOI: https://doi.org/10.48445/c5636-0825-2635-i
ORCID ID: https://orcid.org/0000-0002-5048-1872
Tarix: 13 Aprel 2026

XÜLASƏ

Məqalədə köməkçi nitq hissələrinin təsnifi məsələləri araşdırılır. Tədqiqat işində müstəqil leksik mənası olmayan yardımçı sözlərin bölgüsü ilə bağlı ümumiləşdirmələr nəzərdən keçirildikdən sonra nitq hissələrinin təsnifi prinsipləri (leksik-semantik, morfoloji və sintaktik) əsasında köməkçi nitq hissələrinə daxil edilən söz qruplarının funksiyalarına uyğun olaraq daxili təsnifatı aparılır. Bölgü prosesində köməkçi nitq hissələri sözlər və birləşmələr arasında əlaqə yaradan (qoşma, bağlayıcı), cümlədə fikrə münasibət bildirən (ədat, modal sözlər), emosionallıq ifadə edən (nida), obrazlılıq yaradan (təqlidi sözlər) və qeyri-müəyyənlik bildirən (imperativ sözlər, uşaq sözləri, ritmik sözlər) nitq hissələri adı altında müxtəlif funksional qruplara ayrılır. Məqalədə yardımçı söz növlərinin vəzifəsinə görə sistemləşdirilməsi ilə yanaşı, mənşəcə bölgüsü də təqdim edilir. Məlum olduğu kimi, köməkçi nitq hissələri tarixən əsas nitq hissələrinin bir qisminin lüğəvi mənasını itirməsi nəticəsində meydana gəlmişdir. Bu baxımdan onlar iki qrupa bölünür:

a) əsas nitq hissələrindən törəyənlər (qoşma, bağlayıcı, ədat, modal sözlər);

b) mənşəcə əsas nitq hissələri ilə əlaqəsi olmayanlar (imperativ sözlər, nidalar, ritmik sözlər, təqlidi sözlər və uşaq sözləri).

 

 

 

AÇAR SÖZLƏR

qrammatika, nitq hissələri, qrammatik məna, nida, universal hadisə


Məqaləni yüklə

İNDEKSLƏMƏ