TƏRƏFDAŞLAR


Məqalələr

Ədəbiyyat dərslərinin tipləri və formaları

Məhsəti Zamanova
DOI: https://doi.org/10.48445/s3649-4012-4622-f
ORCID ID: https://orcid.org/0009-0001-3002-7349
Tarix: 21 İyul 2026

XÜLASƏ

Orta ümumtəhsil məktəblərində ədəbiyyat dərslərinin tədrisi prosesində müxtəlif metodikalara, yaradıcı yanaşmalara və milli irsin tədrisinə diqqət yetirilməlidir. Bu prosesdə ədəbiyyatın nəzəri əsaslarından faydalanmaq, qabaqcıl təcrübələrdən yararlanmaq, təlim-tərbiyənin səmərəli qurulması üçün elmi-metodik bazadan istifadə zəruridir. Dərsin məqsədə görə təsnifi müasir pedaqogika dərsliklərində də tədqiqat obyekti kimi dərindən araşdırılır. Dərsə müxtəlif mövqelərdən qiymət verilsə də, onun ayrı-ayrı komponentləri tədqiq olunsa da, mübahisə doğuran, dəqiqləşdirilməsinə ehtiyac duyulan problemlər hələ də mövcuddur. Son dövrlərdə şagirdlərdə təlimə münasibəti yaxşılaşdırmaq, məşğələlərə marağı artırmaq məqsədilə müxtəlif forma və metodlardan istifadə edilir. Şübhəsiz, bunlar ayrı-ayrı fənlərin dərindən öyrənilməsinə geniş imkan yaradır, şagirdlərin idrak fəallığı və məntiqi düşüncə tərzinin formalaşmasına müsbət təsir göstərir. Dərsin tiplərinin didaktik tələblərə uyğun müəyyənləşdirilməsi sahəsində aparılan bölgü pedaqoqlar tərəfindən müsbət qiymətləndirilir. Məktəb təcrübəsindən məlumdur ki, təlimin təşkili formaları yalnız dərslə məhdudlaşmır. Elmi ədəbiyyatda dərnəklər, təcrübi məşğələlər, seminarlar, konfranslar, məsləhətlər, fakültativ və əlavə məşğələlər, ekskursiyalar və s. təlimin təşkilinin köməkçi formaları kimi qiymətləndirilir.

 

 

AÇAR SÖZLƏR

kurikulum, dərs forması, dərs tipi, təhsil, ədəbiyyatın tədrisi

Məqaləni yüklə

İNDEKSLƏMƏ